Neftin qiymətinin 90 dollardan yuxarı qalxması şərtinin adı açıqlandı

DÜNYA
19:17 / 29.10.2024
119

Yaxın Şərqdə münaqişənin şiddətlənəcəyi təqdirdə neftin qiyməti 2024-cü ilin sonuna kimi 92 dollar/barelə qədər yüksələ bilər. 

HİT.az xəbər verir ki, bu barədə “The National” Dünya Bankının analitiklərinə istinadən yazıb.

"Münaqişənin inkişafı dünya neft bazarında təklifin 2% (gündə 2 milyon barel) azalmasına səbəb olarsa, o zaman vəziyyət 2003-cü ildə İraqda və 2011-ci ildə Liviyadakı münaqişələrin nəticələrinə bənzəyəcək", deyə analitiklər qeyd edib.

Baza proqnozu "Brent" markalı xam neftin qiymətinin 2025 və 2026-cı illərdə müvafiq olaraq 73 və 72 dollar/barelə enməzdən əvvəl bu il orta hesabla bir barel üçün 80 dollar olmasını nəzərdə tutur.

Bir gün əvvəl Brent 6% dəyər itirərək barreli 71 dollara düşüb.

Samir

0