Finlandiya sərhədçiləri insanları izləyə və gizli kəşfiyyat apara biləcək

DÜNYA
22:56 / 30.10.2024
107

Finlandiya Daxili İşlər Nazirliyi ölkənin Sərhəd Mühafizəsinə insanlara casusluq etmək və gizli şəkildə kəşfiyyat məlumatları toplamaq hüququ verilməsini təklif edib. 

HİT.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, gələcəkdə Finlandiya sərhədçiləri cinayətlərin qarşısını almaq və araşdırmaq üçün insanları izləyə biləcəklər. Daxili İşlər Nazirliyi həmçinin Sərhəd Xidmətinin əməkdaşlarına sərhəd təhlükəsizliyi tapşırıqlarının yerinə yetirilməsinə yönəlmiş kəşfiyyat fəaliyyətini həyata keçirmək səlahiyyətini vermək istəyir.

Daxili İşlər Nazirliyinin təklif etdiyi düzəlişlər gələn ilin iyun ayından qüvvəyə minməlidir.

Avqustun sonunda bildirilmişdi ki, Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə həm dövlət daxilində, həm də Rusiya ərazisində mobil telefonları izləməyə imkan verəcək radiomonitorinq həyata keçirəcək. KİV-in məlumatına görə, monitorinqin məqsədi miqrasiyanı qiymətləndirmək olacaq. Bu yolla sərhədçilər sərhədi harada və neçə nəfərin keçməyə çalışdığını izləyə biləcəklər.

Samir

0