Fransanın “Le Monde” qəzeti yazır ki, Rusiya neftinə qarşı yeni sanksiyalar qlobal iqtisadiyyatı sarsıdacaq.
HİT.az-ın məlumatına görə, nəşr qeyd edir ki, qlobal iqtisadiyyat əsas təchizatçılarından biri Rusiya olan “qara qızıl”dan asılıdır.
Rusiya Federasiyasından enerji resurslarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsi təchizatın pozulmasına və nəticədə qiymətlərin sıçrayışına səbəb olacaq. Bu da öz növbəsində gübrələrin və kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaq. Nəhayət, ərzaq qiymətləri qalxacaq. Analitiklərin fikrincə, bunu humanitar böhranla üzləşə biləcək ən kasıb ölkələr hiss edəcək.
"Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin effektivliyi hər gün azalır", deyə ekspertlər bildirib.
2022-ci il dekabrın 5-də G7, Avropa İttifaqı və Avstraliya dəniz yolu ilə tədarük edilən Rusiya neftinin bir barelinə 60 dollar qiymət tavanı tətbiq etdilər. Buna baxmayaraq, Urals ixrac nefti daha baha satılır. Son məlumatlara görə, yanacaq orta hesabla bir barrel üçün 65 dollardan göndərilib.
Samir