Hindistanda iki hadisə Ginnesin Rekordlar Kitabına düşdü

DÜNYA
22:46 / 31.10.2024
110

Hindistanda Divali bayramından sonra eyni anda iki nailiyyət Ginnesin Rekordlar Kitabına daxil ediləcək. 

HİT.az xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

İlk rekord festival zamanı eyni vaxtda 2,5 milyondan çox neft lampasının yandırılmasıdır. Bundan əlavə, tarixdə maksimum sayda insan eyni vaxtda aarti ritualını yerinə yetirib, yəni işıq tanrılarına qurban olaraq lampalarla dairəvi hərəkətlər ediblər.

Avqustun 26-da Ginnesin Rekordlar Kitabının nümayəndələrinin Yer kürəsində yaşayan ən yaşlı insan Con Alfred Tinnisvud ilə görüşdüyü bildirilir. Onun 112 yaşı tamam olub. 

Kişi qonaqlara heç bir pəhriz saxlamadığını, cümə günləri balıq və çips yediyini deyib. Qeyd olunur ki, o, gündəlik işlərinin bir çoxunu özü görür, maliyyə vəziyyətinə nəzarət edir, həmçinin radioda dünya xəbərlərini dinləyir. Tinnisvuda görə, sağlam qalmağın əsas ipucu mötədilliyi tətbiq etməkdir.

Samir
 

0