Çin Müdafiə Nazirliyinin sözçüsü Zanq Xiaoqanq bildirib ki, G7 ölkələri Ukrayna münaqişəsinin alovuna yağ tökür və eyni zamanda məsuliyyəti Çinin üzərinə atmağa çalışır.
HİT.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna məsələsində Çin həmişə sülhü təşviq etməkdə və danışıqları inkişaf etdirməkdə təkid edib və ikili təyinatlı malların ixracına həmişə ciddi nəzarət edib", deyə departament sözçüsü bildirib.
O əlavə edib ki, Pekin beynəlxalq münasibətlər normalarına riayət etməyə, mövcud davranışından əl çəkməyə, həmçinin digər dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərini dayandırmağa çağırır.
Oktyabrın ortalarında G7-nin müdafiə nazirliklərinin rəhbərləri Neapol görüşündən sonra Çini Rusiyaya hərbi dəstək verməkdə və ona ikili təyinatlı mallar ötürməkdə ittiham etdikləri kommünike qəbul ediblər. Nazirlər əlavə ediblər ki, Rusiya Federasiyası ilə ÇXR arasında hərbi əməkdaşlığın gücləndirilməsindən narahatdırlar, çünki bu, sabitliyi pozan hərəkətlərlə bağlıdır.
Samir