Çin MN: "Bu, separatçı qüvvələrə çox yanlış siqnallar göndərir"

DÜNYA
17:40 / 31.10.2024
106

Çin Müdafiə Nazirliyi Amerika silahlarının Tayvana çatdırılmasının ikitərəfli münasibətlərə mənfi təsir etdiyini bildirib.

HİT.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Çjan Syaoqanq brifinqdə Vaşinqtonun Tayvana radar və hava hücumundan müdafiə sistemləri satmaq barədə son qərarını şərh edərkən bildirib.

"ABŞ-ın Çinin Tayvan bölgəsinə silah satışı vahid Çin prinsipini, Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə pozur və Tayvan tərəfdarı olan separatçı qüvvələrə çox yanlış siqnallar göndərir", derə rəsmi bildirib.

O əlavə edib ki, adaya Amerika silahlarının tədarükü bütövlükdə Çin-Amerika münasibətlərinə də mənfi təsir göstərir: "Biz bunu qətiyyətlə pisləyirik və buna qarşıyıq və Amerika tərəfinə etirazımızı bildirdik"

Onun sözlərinə görə, Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır və Çin-ABŞ münasibətlərində ilk qırmızı xəttdir, buna görə də Pekin Vaşinqtonu Tayvanı silahlandırmanın ciddi nəticələrini dərk etməyə və yanlış yolda davam etməməyə çağırır.

"Amerika silahlarının bir neçə vahidi materik və ada arasında hərbi güc fərqini azaltmayacaq, Çinin yenidən birləşməsinin tarixi tendensiyasını dayandırmayacaq. Ordumuz döyüş hazırlığını daim təkmilləşdirir, hərbi potensialını gücləndirir və ölkənin milli suverenliyini və ərazi bütövlüyünü möhkəm qoruyacaq", deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Birləşmiş Ştatlar, dünyanın əksər ölkələri kimi, vahid Çin prinsipinə sadiqdir, lakin Tayvan hökuməti ilə əlaqələr saxlayır və Pekinin adanı yenidən birləşdirmək üçün qoşunlardan istifadə etmək təhlükəsi fonunda onu öz müdafiəsini gücləndirmək üçün silahlarla təmin edir. 

Samir

0