Tramp Putinlə dostluq ittihamlarına cavab verdi: "Bu insanlar xəstədir"

DÜNYA
11:55 / 01.11.2024
130

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp "Rusiyanın dostu" olması ilə bağlı deyilənləri təkzib edib.

HİT.az xəbər verir ki, siyasətçi bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

"Onlar mənim Rusiyanın dostu olduğumu, Rusiya üçün işlədiyimi, rus casusu olduğumu söyləməyi xoşlayırlar. Bu insanlar xəstədir", deyə bildirib. 

Bundan əlavə, o, dünyanın ən böyük qaz kəməri "Şimal axını-2"nin tikintisini əngəlləyənin məhz özünün olduğunu bildirib: "Mən onu məhv etdim. Bunu məndən başqa heç kim edə bilməzdi".

Müsahibədə prezidentliyə namizəd onu da bildirib ki, yenidən seçiləcəyi təqdirdə milyarder İlon Mask və keçmiş prezidentliyə namizəd Robert Kennedini nüfuzlu vəzifələrə təyin etmək istəyir. Və o, Rusiya ilə iddia edilən əlaqəni Demokratlar Partiyasının 2016-cı ildə Hillari Klintonun qələbəsini təmin etmək üçün başlatdığı əməliyyat hesab edir.

Tramp ABŞ prezidenti Co Bayden və Demokratlar Partiyasının namizədi Kamala Harrisin şəxsiyyətlərini diqqətdən kənarda qoymayıb. O, Baydenin uzun müddətdir ki, özü olmadığını bildirib.

"Bayden uzun müddətdir ki, öz elementindən kənarda qalıb və Kamala göbələk kimi laldır. Bu insanlar xalqın düşmənidir", deyə o qeyd edib.

Samir

0