General: "İran gizli imkanlarla İsrailə ölümcül cavab verəcək"

DÜNYA
21:37 / 01.11.2024
151

"İran gizli imkanlarından istifadə edərək İsrailə qarşı ölümcül cavab zərbəsi endirəcək". 

HİT.az xəbər verir ki, bunu İranın general-mayoru, hərbiləşdirilmiş Bəsic milislərinin komandiri Qulamrza Süleymani deyib.

General bildirib ki, İsrail hesablamalarında səhv edib, lakin İran bu səhvi düzəldəcək və ona güclü zərbə vuracaq.

Oktyabrın 31-də bildirilmişdi ki, gələn çərşənbə axşamı, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İran İsrailə cavab verəcək.

İsrail oktyabrın 26-na keçən gecə İrana hücum edib. "Axios"a görə, zərbə ballistik raketlərin inkişafı üçün vacib komponentləri, eləcə də İslam Respublikasının xaricdə lazımi texnologiyalar və sifarişlərin olmaması səbəbindən tək başına istehsal edə bilmədiyi bərk yanacaq istehsalı üçün "planet qarışdırıcıları" sıradan çıxarıb.

Samir

0