Şimali Koreya sərhəddə tank əleyhinə ərazilər qurub

20:17 / 04.11.2024
131

Şimali Koreya onu Cənubi Koreya ilə birləşdirən keçmiş avtomobil yolları və dəmir yolu xətlərinin yerində tank əleyhinə ərazilər və torpaq qalalar tikib. 

HİT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

"Donqhae və Kyonyi xətlərində tankların hərəkətinin qarşısını almaq üçün xəndəklər olan tank əleyhinə ərazilər, eləcə də torpaq bəndlər yaranıb", deyə məlumatda qeyd edilib.

Mənbənin qeyd etdiyi kimi, Donqhae qolunda tank əleyhinə ərazi 160 metr enində və on metr uzunluğunda olan hissədə yaradılıb.

Bundan bir qədər əvvəl Şimali Koreyanın Cənubi Koreya ilə sərhəddəki artilleriya ekipajlarının döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi bildirilirdi.

Oktyabrın 9-da Şimali Koreya hakimiyyətinin cənub qonşusu ilə sərhədi güclü müdafiə strukturları ilə gücləndirmək niyyətində olduğu açıqlayıb.

Samir

0