Rusiya Şimali Koreyanın zabit və əsgərlərinə dronlardan istifadə etməyi öyrədir

DÜNYA
19:53 / 05.11.2024
122

Ruslar Şimali Koreya əsgər və zabitlərinə müasir müharibə öyrədirlər. Pxenyanın qüvvələri artıq Rusiya hərbi geyimində Kursk bölgəsindədir.

HİT.az xəbər verir ki, bu barədə "Telegram"da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

"Onlara FPV və kəşfiyyat pilotsuz uçan aparatlarından istifadə qaydaları öyrədilir, "Lanset"lərdən istifadə prinsipləri də öyrədilir. Həmçinin, rusların Pxenyana rus PUA təlimatçılarını birbaşa Şimali Koreyada hərbi təlim keçmək üçün göndərmək planları var", deyə Kovalenko qeyd edib.

Dünən axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski 11 min Şimali Koreya hərbçisinin Kursk bölgəsinə gəldiyini açıqlayıb. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hesab edir ki, Moskva bu bölgəyə 10 min Şimali Koreya vətəndaşını göndərib.

WSJ daha əvvəl yazıb ki, Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi Çin üçün qəbuledilməzdir. Bu, Pekini dilemma qarşısında qoyur, onun qonşularına təsir imkanlarının sərhədlərini sınaqdan keçirir.

CPD-nin məlumatına görə, Şimali Koreya qoşunları artıq Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girib. Hazırda Şimali Koreya qüvvələrinin artıq atəşə tutulduğu məlumdur.

Samir

0