Şimali Koreya münaqişədə iştirak edərsə, Seul Ukraynaya missiya göndərə bilər

DÜNYA
17:56 / 06.11.2024
128

Seul ölkə ərazisində Şimali Koreya hərbçilərinin iştirakı ilə tam döyüşlər başlayarsa, Ukraynaya monitorinq missiyasının göndərilməsinin mümkünlüyünü istisna etmir.

Hit.az xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya prezident aparatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Eyni zamanda, o əlavə edib ki, hazırda Ukraynada hərbi əməliyyatlarda KXDR-dən hərbçilərin iştirakı ilə bağlı qeydə alınan heç bir fakt yoxdur.

"Şimali Koreyanın Rusiyaya göndərdiyi çoxlu sayda heyət qərb cəbhəsinə keçdi, lakin tammiqyaslı döyüşlər başlamadı", deyə o bildirib.

Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna hakimiyyəti və Qərb dövlətləri Cənubi Koreyanı Ukraynadakı münaqişəyə cəlb etməyə çalışırlar.

Oktyabrın 31-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya yaxın gələcəkdə Şimali Koreya qüvvələrini Ukraynaya qarşı istifadə edəcək. O, iddia edib ki, Kursk vilayətində KXDR-dən 10 minə yaxın hərbçi yerləşir.

Samir

0