Təbii uran ilin əvvəlindən təxminən 14% ucuzlaşıb.
HİT.az xəbər verir ki, bunu "Comex" birjasında ticarət məlumatları sübut edir.
Hazırda nüvə yanacağının qiyməti hər funt üçün 77 dollar civarındadır. Bir ay əvvəl uranın qiyməti bir funt üçün 79,7-83,5 dollar arasında dəyişib.
Eyni zamanda, yanvar-fevral aylarında kotirovkalar son 17 il ərzində rekord səviyyədə olub. Fyuçers 106 dollara satılıb.
"Dünya bazarında uranın qiymətinin aşağı düşməsi yanacaq qiymətlərində əhəmiyyətli artımdan sonra bazar üçün korreksiyadır", deyə analitiklər izah edirlər.
Proqnozlara görə, gələcəkdə xammalın qiyməti funt sterlinq üçün 72-73 dollara qədər düşə bilər.
Samir