Zaxarova Trampın qələbəsindən sonra Makronu ələ saldı

DÜNYA
19:33 / 06.11.2024
150

Fransa lideri Emmanuel Makron ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra məlumat mənbələrini dəyişməlidir.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında yazıb.

Belə ki, diplomat Trampı seçilməsi münasibətilə təbrik edən Makronun son hərəkətlərinə münasibət bildirib. Elə bir gün əvvəl Makron öz məlumat mənbələrinə istinadən respublikaçının dövlət başçısı postunu tuta bilməyəcəyinə əminliyini ifadə edib.

"Fransa prezidenti məlumat mənbələrini dəyişdirməlidir", deyə Zaxarova qeyd edib.

Eyni zamanda o, Makronun ABŞ seçkiləri ilə bağlı məlumatı ona Ukrayna haqqında məlumat verən eyni mənbələrdən aldığını istisna etməyib.

Noyabrın 6-da Fransa lideri X sosial şəbəkəsində Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən yazı dərc edib. Makron əlavə edib ki, o, Paris və Vaşinqtonun son dörd il ərzində etdikləri kimi Amerika hakimiyyəti ilə “birgə işləməyə” hazırdır.

Samir

0