Cənubi Koreya prezidenti Ukraynaya silah tədarükü məsələsini nəzərdən keçirir

DÜNYA
10:34 / 07.11.2024
175

Cənubi Koreya Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə sonradan iştirak etmək üçün Rusiyaya göndərilməsi ehtimalı fonunda Ukraynaya silah tədarükünü istisna etmir. 

HİT.az "Yonhap"a istinadən xəbər verir ki, bunu respublika prezidenti Yun Seok Yeol deyib.

Onun sözlərinə görə, Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə mümkün iştirakı Cənubi Koreya üçün təhlükə yaradır, çünki Şimali Koreya qüvvələri onlarda çatışmayan döyüş təcrübəsi qazanacaq. Bundan əlavə, Cənubi Koreya prezidentinini fikrincə, Moskva həssas texnologiyaları Pxenyanla paylaşa bilər, 

"Bunun fonunda Seul indi Ukraynanı silahla dəstəkləmək imkanını nəzərdən keçirir", deyə Yun Seok Yeol vurğulayıb.

Bir gün əvvəl məlum olub ki, Seul ölkə ərazisində Şimali Koreya hərbçilərinin iştirakı ilə tamhüquqlu döyüşlər başlayarsa, Ukraynaya monitorinq missiyasının göndərilməsinin mümkünlüyünü istisna etmir.

Oktyabrın 31-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya yaxın gələcəkdə Şimali Koreya qüvvələrini Ukraynaya qarşı istifadə edəcək. O, iddia edib ki, Kursk vilayətində Şimali Koreyadən 10 minə yaxın hərbçi yerləşir.

Samir

0