Makron: "Avropa öz təhlükəsizliyini ABŞ-a həvalə etməməlidir"

DÜNYA
20:35 / 07.11.2024
171

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa təhlükəsizlik məsələlərini ABŞ-a həvalə etməyi dayandırmalıdır. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

O, NATO-nun təhlükəsizlikdə əsas rol oynadığını və avropalıların töhfə vermək istədiyini, lakin qitənin “strateji oyanış” üçün məsuliyyət daşıdığını bildirib.

Makron qeyd edib ki, Avropa öz təhlükəsizliyini həmişəlik ABŞ-a həvalə etməməlidir.

Bir gün əvvəl Emmanuel Makron Paris və Berlinin Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra “daha ​​birləşmiş, daha güclü və suveren Avropa” yaratmaq üçün çalışacaqlarını bildirib.

Həmin gün o, respublikaçını ABŞ seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Makron Paris və Vaşinqtonun dörd il ərzində etdikləri kimi birgə işləməyə hazır olduğunu bildirib.

Samir

0