Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusda keçirilən seçkilərdə nə Donald Tramp, nə də Kamala Harris siyasətlərinə görə ümumiyyətlə heç bir səs ala bilməzdi.
HİT.az bu barədə BELTA agentliyinə istinadən xəbər verir.
Media nümayəndələri arasında keçirilən III Odun Doğrama Çempionatı zamanı Lukaşenko amerikalı məmurların siyasətinin çılğın olduğunu və bunun Belarusda nəticə verməyəcəyini vurğulayıb.
"Bu, sırf Amerika variantıdır, baş verdi. Bu, onların işidir", deyə o qeyd edib.
Lukaşenko çıxışında Trampı seçkilər öncəsi bütün maneələri uğurla dəf edən güc adlandırıb. Onun sözlərinə görə, bu, amerikalılar adına əsl şücaətdir.
"Kamala qəhrəman qadındır və onun ağlamağa ehtiyacı yoxdur. Bu gün baxdım və narahat oldum: o uduzdu. Amerika qaradərili prezident seçməyə hazırdır, amma Amerika qadını seçməyə hələ hazır deyil. O, mümkün olan və mümkün olmayan hər şeyi etdi", deyə Lukaşenko vurğulayıb.
Bundan əlavə, siyasətçi qeyd edib ki, demokratların seçkilər başa çatdıqdan sonra davranışı layiqli olub: onlar etiraz aksiyalarına çıxmayıb, silahla üsyana çağırmayıblar. Onun fikrincə, bu, bütün dünya üçün nümunə olmalıdır.
Prezident həmçinin bildirib ki, ABŞ seçkilərində kimin qalib gəlməsi onu maraqlandırmır. Amerika siyasətinin özü onun üçün önəmlidir:
"Mən bilirəm ki, mənim xalqım, təmin etməli və qorumalı olduğum bir torpaq parçası var. Mən sadəcə öz fikrimi bildirirəm. Orada kimin qalib gəldiyi məni maraqlandırmır, amma Amerikanın hansı siyasət yürüdəcəyi məni maraqlandırmır, çünki bu, dünya iqtisadiyyatının üçdə bir hissəsidir və iqtisadiyyat əsas məsələdir".
Samir