Maskın cinsiyyətini dəyişdirən oğlu Trampa görə ABŞ-ı tərk etmək istəyir

22:00 / 08.11.2024
239
Amerikalı sahibkar İlon Maskın oğlu, özünü Vivian Cenna Uilson adlandıran 20 yaşlı Ksavye respublikaçı Donald Trampın prezident seçkilərində qələbəsi ilə əlaqədar ABŞ-ı tərk etmək istədiyini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Threads" sosial şəbəkəsində yazıb. 
 
 
"Mən bu barədə çoxdan düşünürdüm, amma dünən bunu mənim üçün təsdiqlədi", deyə transgender olan Ksavye qeyd edib.
 
O əlavə edib ki, indi ABŞ-da özü üçün heç bir gələcək görmür. Çünki onun fikrincə, yeni prezidentin andiçməsindən sonra ölkədə "anti-transgender qanunları" qəbul edilməsə belə, bu cür tədbirlərin tərəfdarları heç yerə çıxa bilməyəcək.
 
 
İlon Mask 2000-ci ildə Ksavyenin anası, yazıçı Castin Uilsonla evlənib. Onların ilk övladı Nevada doğuşdan on həftə sonra qəfil körpə ölümü sindromundan ölüb. 2004-cü ildə xanım Uilson Ksavye və Qriffin adlı əkiz, iki ildən sonra isə üçəm dünyaya gətirib. Onlara Damiana, Kaya və Saxona adları verilib. 2022-ci ildə Ksavye Mask cinsiyyətini dəyişib və özünü Vivian Cenna Uilson kimi tanıtmağa başlayıb. O, bunu bioloji ata ilə "hər hansı formada qohumluqdan" xilas olmaq istəyi ilə əlaqələndirib.
 
İyul ayında İlon Mask övladının cinsini dəyişdirmək üçün icazə imzalamağa məcbur olduğunu bildirib. Biznesmenin dediyinə görə, ona deyiblər ki, əgər Ksavyeyə yetkinlik blokerləri qəbul etməyə icazə verilməsə, o, intihar edə bilər. 
 
 
 
 
0