Erməni nazir oğlanlarını hərbi xidmətdən yayındıran məmurları cəzalandırmağı tələb edir

21:52 / 13.11.2024
118

Ermənistanın müdafiə naziri Suren Papikyan oğlanlarını respublikanın silahlı qüvvələrində xidmətdən müxtəlif yollarla yayındıran məmurları cəzalandırmağı tələb edir.

Nazir bu çağırışı parlamentdə çıxış edərkən səsləndirib.

“Hərbi xidmətə çağırış hələ də üzləşdiyimiz problemdir. Ermənistan vətəndaşı öz övladının silahlı qüvvələrdə xidmətə getməməsi naminə onu vətəndaşlıqdan imtinaya məcbur edir. Biz belələrini lüstrasiya etməliyik”, - deyə Papikyan vurğulayıb.

Nazir deyib ki, bu tədbirin ilk növbədə dövlət idarəçiliyi sistemində çalışanlara şamil olunması təklifi ilə artıq baş nazirə müraciət edib. O, belə məmurların adlarını çəkəcəyini bildirib.
 

0