Almaniyanın yeni kansleri kim ola bilər? - SORĞU

DÜNYA
21:39 / 14.11.2024
104

Forsa İnstitutunun yeni sorğusu göstərir ki, Almaniyanın hazırkı kansleri Olaf Şolts təkcə bütün seçicilər arasında deyil, həm də partiyasının tərəfdarları arasında dəstəyini itirir.

HİT.az xəbər verir ki, respondentlərin yalnız 13%-i Şoltsu Almaniya Sosial Demokrat Partiyasından (SPD) kansler postuna namizəd kimi görmək istəyir. Eyni zamanda respondentlərin 57%-i müdafiə naziri Boris Pistoriusa üstünlük verir.

Şoltsa dəstəyin azalması SPD tərəfdarları arasında xüsusilə nəzərə çarpır: 58% Pistoriusu, yalnız 30% Şoltsu dəstəkləyir.

Pistorius və Xristian Demokratik Birliyinin (CDU) namizədi Fridrix Mersin bir-birinə qarşı yarışdığı başqa bir ssenaridə seçicilərin 39%-i Pistoriusu seçəcək, yalnız 25%-i Mersi dəstəkləyəcək.

Hətta CDU tərəfdarları arasında Pistoriusa 22%, Mers isə öz seçicilərinin 59%-i etibar edir. Təhlilçilər deyirlər ki, Forsa sorğusu Pistoriusun təkcə solçu seçicilər arasında deyil, həm də mühafizəkar seçicilər arasında nüfuz sahibi olduğunu göstərir.

Samir

0