"E-Control": Avstriya Rusiya qazını başqa mənbələrdən tədarüklə əvəz edə bilər

DÜNYA
22:16 / 15.11.2024
33

Avstriyanın enerji tənzimləyicisi "E-Control"un icraçı direktoru Alfons Haber bildirib ki, Avstriya Rusiya qazını başqa ölkələrdən gələn qazlarla əvəz etmək iqtidarındadır. 

HİT.az bu barədə DPA agentliyinə istinadən xəbər verir.

"Rusiya tədarükünü dayandırsa belə, nə bu, nə də gələn qış mənzillər soyuq qalmayacaq", deyə Haber əmin edib.

O vurğulayıb ki, Avstriyanın qaz anbarları hazırda 90%-dən çox doludur. Bundan əlavə, lazım gələrsə, ölkə maye qazı Almaniya və ya İtaliya vasitəsilə də ala bilər.

Son həftələrdə Avropa yeraltı anbarlarındakı qaz ehtiyatlarının istifadəsində daha fəallaşıb. Noyabrın 13-nə olan məlumata görə, yeraltı qaz anbarından sutkada 547 milyon kubmetr qaz götürülüb, cəmi 11 milyon kubmetr qaz vurulub - 50 dəfəyə yaxın fərq.

Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluğu 92,1% qiymətləndirilir. Onların tərkibində 102,2 milyard kubmetr qaz var.

Samir

0