"Şahed"in Ukrayna şəhərlərinə ilk hücumları zamanı İranın nümayəndələri iştirak edirdilər, çünki başlanğıcda rusların demək olar ki, heç biri müvafiq silahları işlədə bilmirdi.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna radiosuna müsahibəsində məlumat verib.
"Ukrayna kəşfiyyatının məlumatına görə, "Şahed"lərin Ukrayna şəhərlərinə ilk, qanlı hücumları zamanı İranın nümayəndələri iştirak ediblər, çünki əvvəllər rusların demək olar ki, heç biri müvafiq silahları işlədə bilmirdi", deyə Zelenski bildirib.
Zelenski İranın bu müharibədə iştirakını passiv yox, aktiv hesab edir, çünki Tehran Rusiyanı silah olan pilotsuz təyyarələrlə təmin edir:
"Onlar dedilər ki, ancaq satırlar, bu sadəcə biznesdir. Lakin bu, təkcə biznes deyil, çünki bu dronların lisenziyaları Rusiyaya verilib, müvafiq zavodlar tikilib. Bununla da qalmayıb, rus qoşunlarına təlim keçiblər. İranlılar Rusiya Federasiyasının ərazisində olublar və pilotsuz təyyarələri necə idarə etməyi öyrədiblər. Bu iştirak deyil?".
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu ruslara “Şahed” tipli hücum dronları ilə Ukraynaya hücum etməyi öyrədən və 20 hücumu şəxsən əlaqələndirən iranlı generalın generala qiyabi ittiham elan edib.
Samir