Belarus prezidenti Aleksandr Lukaşenko belarusları təbii yerli məhsullar geyinməyə, "Gucci", "Versace" və "digər zibillər"in arxasınca düşməməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "Birinci İnformasiya" telekanalı məlumat yayıb.
Siyasətçi qeyd edib ki, Belarus gerbində gələcək olan kətan təsvir olunub. Prezidentin sözlərinə görə, dünyada insanlar belaruslar istisna olmaqla getdikcə daha çox təbii parçalara meyl edirlər.
"Belaruslar "Gucci", "Versace" və digər zibil və iyrənc şeylərə can atırlar. Amma gərək öz paltarını, öz parçalarını geyinəsən. Övladlarınıza bunu öyrədin", deyə Lukaşenko bildirib.
Noyabrın 2-də Lukaşenko Qrodno vilayətində bayram mərasimində çıxışı zamanı demişdi ki, belaruslar dünyanın digər yerləri müqayisədə cənnətdə yaşayırlar. O, həmçinin respublikanı çörək ölkəsi və sülh ərazisi adlandırıb.
Samir