Ukrayna Milli Qvardiyasının əsgərləri dəyəri 100 milyon dollara çatan Rusiyanın BUK-M1 zenit-raket kompleksini aşkar edərək məhv ediblər.
HİT.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Telegram”da məlumat verib.
"Milli Qvardiyanın 27-ci Süvari Briqadasının qırıcıları Rusiyanın bahalı BUK-M1 zenit-raket kompleksini məhv ediblər. Mühafizəçilər cəbhənin ən qaynar ərazilərindən birində kəşfiyyat əməliyyatları zamanı düşmənin hava hücumundan müdafiə sistemini aşkar ediblər", deyə nazir yazıb.
O əlavə edib ki, modifikasiyadan asılı olaraq belə bir hava hücumundan müdafiə sisteminin dəyəri 100 milyon dollara çata bilər.
Qeyd edək ki, bundan əvvək Milli Qvardiyanın komandanı Aleksandr Pivnenko Milli Qvardiyanın bölmələrinin DİTA-nın özüyeriyən artilleriya qurğuları ilə gücləndirildiyini açıqlayıb.
Samir