İran hakimiyyəti milyarder İlon Maskın İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir İrəvani ilə görüş keçirdiyi barədə Amerika mətbuatının xəbərlərini təkzib edib.
HİT.az xəbər verir ki, bu barədə İranın dövlət agentliyi İRNA yazır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayinin cavabı belə olub: "Bu doğru deyil".
Noyabrın 15-də “New York Times” qəzeti yazıb ki, Mask İrəvani ilə noyabrın 11-də Nyu-Yorkda görüş keçirib. Nəşr bildirib ki, söhbətin mövzusu Tehran və Vaşinqton arasında gərginliyin azaldılması olub. Qəzetin yazdığına görə, görüşün ilkin nəticələri müsbət qiymətləndirilib.
Bu arada Ukraynanın ehtiyatda olan polkovniki Oleq Starikov politoloq Vadim Karasevə müsahibəsində deyib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində amerikalı sahibkar İlon Maska məxsus "SpaceX" şirkətinin "Starlink" peyk rabitəsinin işləməməsi səbəbindən böyük problemlər yaşayır: "Starlink" Kursk ərazisində işləmir, çünki Mask onu işə salmır".
Noyabrın 16-da səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bildirib ki, ordunun aviasiya ekipajları Mi-28NM helikopterləri ilə Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Avqustun 6-dan Rusiya silahlı qüvvələri Kursk vilayətində Ukrayna bölmələri ilə döyüşür. Avqustun 10-dan regionda antiterror əməliyyatı rejimi tətbiq olunur.
Samir