"Avropa diplomatiyasının gələcək rəhbəri Kaya Kallasın vasitəçiliyi ilə Avropa İttifaqı ilə Rusiya arasında heç bir münasibət olmayacaq".
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Serbiya parlamentinin Diasporla iş üzrə komitəsinin sədri Draqan Stanojeviç bildirib.
O, Kallasın Estoniyanın baş naziri vəzifəsində işlədiyi müddətdə bütün karyerasının rusofobiya, eləcə də "rus olan hər şeyə nifrət" üzərində qurulduğunu vurğulayıb.
Stanojeviçin sözlərinə görə, Kallasın Avropa diplomatiyasının rəhbəri vəzifəsinə təyin edilməsi qeyri-ciddi yanaşmadır.
Sentyabrın 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kaya Kallasın Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib. Onun sələfi Cozep Borrelin səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq.
Kallas 2021-ci ilin yanvarından 2024-cü ilin iyuluna qədər Estoniya hökumətinə rəhbərlik edib. O, bu vəzifəni tutan ilk qadın olub. Siyasətçi anti-Rusiya mövqeyi və Ukraynaya dəstək bəyanatları ilə tanınır.
Samir