Boris Conson: "Trampın bu sözləri sadəcə ritorikadır"

DÜNYA
21:33 / 18.11.2024
29

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək iqtidarında olduğu barədə sözləri sadəcə ritorikadır". 

HİT.az xəbər verir ki, bu sözləri “France Inter” radiostansiyasının efirində Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

Consonun fikrincə, belə bir inkişaf Qərb üçün aşağılama və təslim olmaq olardı, Donald Tramp kimi bir şəxs yeni mandatına bununla başlaya bilməz.

"Mən sadəcə bildirirəm ki, Tramp, mənim fikrimcə, yəqin ki, fransızların qorxduğu qədər pis olmayacaq", deyə Conson bildirib.

Keçmiş baş nazir qeyd edib ki, Trampı sözlərinə deyil, əməlinə görə qiymətləndirmək lazımdır. O xatırladıb ki, ilk prezidentlik dövründə Tramp bir sıra beynəlxalq məsələlərdə demokratlardan daha sərt siyasət yürüdürdü. Xüsusilə, 2018-ci ildə Suriyaya zərbələrin endirilməsinə icazə verən, həmçinin Ukraynaya “Javelin” tank əleyhinə raketlərin verilməsi barədə qərar verən Tramp olub.

Boris Conson özü Kiyevi 2022-ci ilin yazında, münaqişə başlayandan az sonra Rusiya Federasiyası ilə hər hansı müqavilə imzalamaqdan çəkindirən şəxs kimi tanınır. Bu barədə vaxtilə Kiyev və Moskva arasında keçirilən son danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia danışmışdı. 

Samir

0