"Ukraynaya silah verən Şimali Atlantika Alyansı (NATO) ölkələri onların istifadəsini məhdudlaşdırmamalıdır".
HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte deyib.
Mark Rütte bildirib ki, alyans ölkələri ümumi daxili məhsulun (ÜDM) 2%-dən çoxunu müdafiəyə xərcləməlidir.
"ÜDM-in 2%-nə çatmağımız yaxşıdır, lakin bu, açıq şəkildə kifayət deyil. Biz daha çox xərclədiyimizə əmin olmalıyıq", deyə NATO lideri Brüsseldə Avropa İttifaqı müdafiə nazirlərinin görüşünə gələrkən qeyd edib.
Noyabrın 18-də NATO-nun baş katibi bildirib ki, Rusiya guya raket və pilotsuz təyyarələrin köməyi ilə Şimali Atlantika Alyansının hava məkanını dəfələrlə pozub. O, alyansın bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu qeyd edib və NATO-nun Qara dəniz regionunda təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.
Noyabrın 14-də Rütte bildirib ki, Şimali Atlantika Alyansının əsas vəzifələri Ukraynaya hərbi yardım göstərməklə yanaşı, müdafiə xərclərini artırmaq və silah istehsalını artırmaqdır. Onun sözlərinə görə, hərbi blokun üzvlərinin ÜDM-in 2%-i həcmində hazırkı müdafiə xərcləri kifayət deyil və artırılmalıdır. Baş katib qeyd edib ki, digər problem NATO ölkələrinin kifayət qədər silah istehsal etməməsidir.
Samir