ABŞ Konqresinin Aşağı Palatasının Etika Komitəsi ABŞ-ın baş prokuroru vəzifəsinə namizəd Mett Qeytsin seksual xidmətlərə görə pul ödəməsi ilə bağlı məlumat alıb.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) məlumatlı anonim mənbəyə istinadən yazıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Qeytsə qarşı cinsi qısnama iddialarını araşdıran Etika Komitəsi siyasətçinin daha əvvəl ifadə verən iki qadına 10 min dollardan çox pul ödədiyi barədə məlumat alıb. Pulun bir hissəsi intim xidmətlər üçün köçürülüb.
Ümumilikdə, Qeytsin konqresmen kimi çalışarkən yetkinlik yaşına çatmayan uşaqla cinsi əlaqədə olub-olmaması ilə bağlı istintaqda şahid olan qadınlar 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər "PayPal" və "Venmo" vasitəsilə 27 ödəniş alıblar.
Noyabrın 17-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın ABŞ-ın ədliyyə naziri və baş prokuroru vəzifəsinə Qeytsun namizədliyini geri götürə biləcəyi barədə məlumat yayılıb.
Samir