ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin eskalasiyasının getdikcə idarəolunmaz hala düşməsi ilə bağlı narahatlıqlar səbəbindən ilin sonuna qədər Ukrayna üzrə sülh danışıqlarına başlaya bilər.
HİT.az xəbər verir ki, bunu "RİA Novosti" ilə söhbətində türkiyəli analitik Mehmet Çağatay Gülər deyib.
Onun sözlərinə görə, Tramp Ukraynada vəziyyətin getdikcə idarəolunmaz hala gəldiyini anlayaraq danışıqlara başlaya bilər. Gülər eyni zamanda, qeyri-rəsmi səylərin nə qədər məhsuldar ola biləcəyinin “mübahisəli olaraq qaldığını” bildirib, çünki onların sonradan həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Təhlilçinin fikrincə, Tramp Moskva və Kiyevi döyüş meydanındakı status-kvonu qəbul etməyə dəvət edəcək, lakin belə bir inkişaf münaqişənin hər iki tərəfinə yaraşmayacaq.
Bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Trampın Ukrayna münaqişəsinə son qoymaq planını yanvarda təqdim edəcəyini bildirmişdi.
Noyabrın 15-də Tramp Ukraynadakı münaqişəni sona çatdırmaq üçün “çox çalışacağına” söz verib. Siyasətçi dəfələrlə bəyan edib ki, seçkilərdə qalib gəlsə, Ukraynada hərbi əməliyyatların bitməsinə nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq.
Samir