ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya, Çin, Hindistan və Şimali Koreyanın təsirinin artması səbəbindən ölkənin xarici siyasətinin formalaşmasında çətinliklərlə üzləşəcək.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Qəzet Trampın xarici siyasət arenasında seçki vədlərini yerinə yetirməsinin çox çətin olacağına işarə edir.
“Problem ondadır ki, hətta ilk prezidentlik dövründə Tramp Çin, İran və Şimali Koreya ilə uğurlu razılaşmalar əldə edə bilmədi. Və onun Oval kabineti tərk etdiyi dörd il ərzində dünya çox dəyişdi”, deyə məqalədə qeyd edilir.
Bundan əlavə, Ukrayna və Yaxın Şərqdəki münaqişələrin tez bir zamanda sona çatması Politico-ya çətin görünür. Xüsusilə, Bayden Amerika raketlərinin Rusiya ərazisini vurmasına icazə verdikdən sonra eskalasiya nərdivanında daha bir addım atıldı və bunun hara aparacağını heç kim bilmir.
Noyabrın 25-də Kreml bildirib ki, ABŞ prezidenti Co Baydenin istefaya göndərilən administrasiyasının hərəkətləri Ukraynada vəziyyəti daha da gərginləşdirir.
Həmin gün məlum olub ki, Tramp münaqişənin gərginləşməsinin getdikcə idarəolunmaz hala düşməsi qorxusundan 2024-cü ilin sonuna qədər Ukrayna ilə bağlı danışıqlara başlaya bilər.
Samir