İsrail - "Hizbullah" müharibəsi başa çatır? - RƏY

DÜNYA
11:04 / 26.11.2024
232

İsrail ilə "Hizbullah" arasında atəşkəsin imzalana biləcəyi iddia olunur. 

Artıq tərəflərin bununla bağlı razılığa gəldiyi barədə xəbərlər tirajlanır. Atəşkəsin bu həftə ərzində elan olunacağı da söylənilir. 

Bəs bu iddia nə dərəcədə doğrudur? İsrail və "Hizbullah" arasındakı müharibə başa çatır? 

Politoloq Turan Rzayev mövzu ilə bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, İsraillə "Hizbullah" arasında atəşkəsin olduğu barədə iddialar tez-tez yayılır:

363146

"Hətta bu iddia həqiqəti əks etdirsə belə, nisbi xarakter daşıyır. Yəni imzalansa da bir müddət sonra pozulacaq.  Ümumiyyətlə, İsrail tərəfinin hədəfi "Hizbullah"ı və HƏMAS-ı birmənalı şəkildə bitirməkdir. 

Məsələyə məntiqlə yanaşanda burada qeyri-adi bir halın olmadığını görürük. Çünki hər dövlət təhlükəsizliyi baxımından radikal və terrorçu qruplaşmalara, silahlı birləşmələrlə mübarizə aparmaqda sərbəstdir".

Ekspert hesab edir ki, Türkiyənin İraqın şimalı və Suriyada keçirdiyi antiterror əməliyyatları İsrailin Livan və Qəzzada keçirdiyi əməliyyatlarla eynidir:

"Hər ikisi də antiterror əməliyyatlarıdır. Həm Türkiyə, həm də İsrail haqlıdır. Sadəcə olaraq, İsrailin səhvi odur ki, normadan artıq gücdən istifadə edirlər. Bu da onu bir növ haqsız vəziyyətə salır". 

Pərviz

0