Meksikada avtomatlarla silahlanmış şəxslər toya girərək qonağı güllələyiblər.
HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
KİV-in məlumatına görə, hadisə yeni evlənənlərin toy etdiyi kazinoda baş verib. Gəlin buketini atmağa hazırlaşarkən zala silahlı bir neçə kişi daxil olub. Bir qonağı çölə çıxarıblar, bundan sonra toplaşanlar güllə səsini eşidib.
Yerli mətbuatın məlumatına görə, gəlinin valideynləri də xəsarət alıb. Tabasko prokurorunun müavini Gilberto Melquiades deyib ki, ilkin araşdırma güllələnən qonağın insan alveri ilə bağlı cinayət tarixinin olduğunu göstərib.
Şəhər meri hadisənin araşdırılması və beş şübhəlinin axtarışı üçün hüquq-mühafizə orqanlarını cəlb edəcəyinə söz verib. O, sakinləri bu çətin zamanda birlik nümayiş etdirməyə çağırıb və dünyada sülhün bərqərar olmasında zərərçəkmiş ailələrə dəstəyin göstərildiyini vurğulayıb.
Samir