Finlandiyada keçirilən təlim zamanı Britaniya hərbçiləri -15°C temperaturdan şoka düşüblər.
HİT.az xəbər verir ki, bu barədə 19-cu Kral Artilleriya Alayının komandiri mayor Devid Mortimer "UK Defence Journal"a (UKDJ) məlumat verib.
Nəşrin məlumatına görə, təlimlər Laplandiyanın Rovajarvi poliqonunda baş tutub. Təlim zamanı şəxsi heyət -15°C-də “ekstremal arktik şəraitdə” sınaqdan keçirilib.
"Bizim bir çox işçi heyətimiz üçün burada belə ağır şəraitdə olmaq əsl mədəniyyət şoku idi", deyə Mortimer bildirib.
Bundan əvvəl Finlandiya öz aviabazasını NATO-nun pilotsuz təyyarələrini qəbul etməyi təklif etmişdi.
Hazırda İtaliyada NATO-nun pilotsuz təyyarələri yerləşdirilib. Ehtimal olunur ki, Finlandiyanın Pirkkaladakı aviabazası NATO-nun pilotsuz uçan aparatlarının bazası üçün ehtimal olunan yer ola bilər.
Həmçinin İsveçrədən olan müstəqil analitik, istefada olan polkovnik-leytenant, ATƏT-in keçmiş yüksək rütbəli rəsmisi Ralf Bosşard bəyan edib ki, bütün Avropa ölkələri arasında yalnız Polşa Rusiyaya hücum etmək üçün lazımi hərbi qüvvələrə malikdir.
Samir