NASA: Marsda ilk dəfə kükürd kristalları tapıldı

DÜNYA
17:47 / 27.11.2024
38

Curiosity rover Marsda Gediz Vallis kanalında kəşfiyyat apararkən təsadüfən adi görünən qayanı sındırıb. Onun içərisində bu planet üçün nadir tapıntı - saf kükürdün sarı kristalları var.

HİT.az xəbər verir ki, NASA kəşf barədə məlumat yayıb.

Marsda əvvəllər də sulfat şəklində olan kükürd tapılıb, lakin bu, ilk dəfədir ki, təmiz elementar kükürd kəşf edilir. Üstəlik, ətrafda, elm adamlarının fikrincə, bir çox oxşar yataqlar ola bilər.

“Marsda təmiz kükürd kristallarını tapmaq səhrada vahə tapmaq kimidir. Onlar burada olmamalı idilər və indi bunu izah etməliyik”, deyə Curiosity layihəsinin elmi direktoru Aşvin Vasavada bildirib.

Saf kükürd yalnız Marsın bu hissəsində hələ qeydə alınmayan çox xüsusi şəraitdə əmələ gəlir. Belə yataqların tapılması alimlərə planetin geoloji tarixini, o cümlədən suyunun mənşəyi və mineralların əmələ gəlməsini daha yaxşı başa düşməyə kömək edə bilər.

Curiosity milyardlarla il əvvəl mövcud olmuş qədim çay yatağı olan Gediz Vallis kanalını araşdırmağa davam edir. Toplanmış nümunələrin təhlili Marsın səthində təmiz kükürdün necə meydana gəldiyini öyrənməyə və Qırmızı planetin strukturunu daha yaxşı öyrənməyə kömək edəcək.

Samir

0