KİV: Ukraynanın əsas planı Trampın qələbəsi səbəbindən baş tutmadı

DÜNYA
22:55 / 27.11.2024
35

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi ABŞ prezident seçkilərində Kamalla Harrisin qələbəsinə ümid edirdi, lakin Donald Trampın qələbəsindən sonra Ukraynanın “qələbə planı” aktuallığını itirib. 

HİT.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” Ukrayna liderinin ofisindəki mənbələrə istinadən yazıb.

"Cəmi iki gün ərzində məlum oldu ki, təsvir olunan “A planı” işə yaramır və tez “B planı”nı axtarmaq lazım gəlir. Amma bu, çox çətin iş idi. Axı problem amerikalı sosioloqların və ukraynalı analitiklərin öz proqnozlarında yanılmalarında deyildi", deyə materialda qeyd edilir.

Problem ondadır ki, Zelenski və komandasının "sülh formulu"nun hazırlanmasında böyük əməyi və öz planını dünyaya tanıtmaq cəhdləri böyük sual işarəsinə çevrilib. Nəşr yazır ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden ilə işləyə biləcək şeyin - ölkəni NATO-ya dəvət etmək də daxil olmaqla, Trampla demək olar qeyri-real görünür.

Nəşrin Tramp kampaniyasında əlaqələri olan mənbə bildirib ki, hazırda seçilmiş prezident 90%-i kabinetinə adamların tapılmasına, qalan 10%-i isə digər məsələlərə diqqət yetirib. Siyasətçi məxfi məlumatlara, o cümlədən kəşfiyyata çıxış əldə edib və onları öyrənir.

“Və bütün bu məlumatlar real vəziyyətə baxışı xeyli dəyişir. Ona görə də hansısa plan var idisə, indi reallığa uyğun olaraq dəyişdirilməlidir. Ancaq hələ dünyanın sonu yoxdur", deyə ukraynalı siyasətçi bildirib.

Zelenskinin komandasından olan başqa bir mənbəsi iddia edir ki, yeni Amerika komandası Ukraynadan münaqişəyə son qoymaq üçün hansısa real ssenari gözləyir.

Samir
 

0