Manfred Genditski Bavariya federal əyalətinin hakimiyyət orqanlarından 750 min avro məbləğində təzminat tələb edib.
HİT.az xəbər verir ki, o, 13,5 il həbsdən sonra 2022-ci ildə cinayətdən bəraət alıb və artıq 368 min avro təzminat ödəyib.
2010-cu ildə Münhen rayon məhkəməsi Manfred Genditskini yaşlı qadının qətlinə görə ömürlük həbs cəzasına məhkum edib. Qadın onun yaşadığı evin sahibi olub. Münsiflər heyəti mübahisədən sonra qadını vurduğunu və onu vannada boğduğunu iddia edən ittiham tərəfi ilə razılaşaraq Manfred Genditskini təqsirli bilib. Daha sonra ekspertlər onun bədbəxt hadisə nəticəsində öldüyü qənaətinə gəliblər.
2022-ci ildə Manfred Genditski azadlığa çıxıb və 4916 gün həbs cəzasının hər biri üçün 75 avro ödənilib. Lakin o, hesab edir ki, ödəniş bütün zərəri qarşılamır.
Samir