"Bloomberg": Rusiya bütün Avropa ölkələrindən daha çox raket istehsal edir

DÜNYA
11:34 / 28.11.2024
40

"Rusiya bütün Avropa ölkələrindən daha çox raket istehsal edir". 

HİT.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.
 
Agentliyin analitiklərinin fikrincə, ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Avropa onu əvəz edə bilməyəcək.

"Bloomberg" qeyd edir ki, Ukrayna ordusu ABŞ-dan sursat və artilleriya təchizatından asılıdır. Agentliyin yazdığı kimi, konsensus Avropanın yaxın gələcəkdə ABŞ ilə eyni təchizat rolunu oynaya bilməyəcəyidir. 

Avropa ölkələri "Rheinmetall AG" və KNDS kimi şirkətlər vasitəsilə sursat və artilleriya istehsalını artırır. "Bloomberg" mənbələri problemin bu tədarükün saxlanılmasında olduğuna inanır.

Agentliyin məlumatına görə, Avropa paytaxtları başa düşürlər ki, gələn il Ukraynanın müdafiəsi üçün həlledici olacaq. Nəşrin mənbələri hesab edir ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın mövqeyi və istənilən danışıqlarda Kiyevin mövqeyinin nə dərəcədə güclü olacağı ilə bağlı suallar qalmaqdadır.

Samir
 

0