Kobaxidze: Gürcüstan Rusiya ilə münasibətlərdə praqmatik siyasət aparacaq

DÜNYA
15:28 / 28.11.2024
42

"Gürcüstan Rusiya ilə münasibətlərdə praqmatik siyasət yürütmək niyyətindədir". 

HİT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Gürcüstan-Rusiya münasibətlərinə gəlincə, bizim praqmatik siyasətimiz olacaq", deyə o vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, kollektiv Qərb ölkələri hazırda Gürcüstanda rəngli inqilab yaratmağa çalışırlar.

Noyabrın 21-də hakim Gürcü Arzusu Partiyası Şalva Papuaşvilinin yenidən parlament sədri vəzifəsinə, hazırkı hökumət başçısı İrakli Kobaxidzenin isə ölkənin baş naziri postuna namizədliyini irəli sürüb.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, hakim "Gürcü Arzusu" 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib, Dəyişiklik Koalisiyasının üzvləri hətta deputat mandatlarından da imtina ediblər.

Samir

0