"Azadlıq" adlı tərcümeyi-halını dərc etdikdən sonra Angela Merkel alman və xarici mediaya bir neçə müsahibə verib. Həm kitabda, həm də müsahibəsində o, "Şimal axını 2" qaz kəmərini və Almaniya ilə Rusiya arasında iqtisadi əməkdaşlığı səhv hesab etmədiyini təkrarlayır.
HİT.az xəbər verir ki, Almaniyanın "Bild" qəzetinin baş redaktorunun müavini Paul Ronzeymer onun fikirlərini şərh edib.
"Keçmiş kansler Angela Merkelin “Şimal axını”nı düzgün hesab etməsi və “heç bir səhv” görmək istəməməsi bütün ukraynalıların üzünə bir sillədir. Merkel həqiqətən də siyasi həyatı haqqında tənqidi danışmaq istəsəydi, qonaqlar arasında tənqidçilərin olduğu bir tok-şouya gedərdi. Və ideal olaraq, Putinin hərbi maşınının modernləşdirilməsi üçün "Şimal axını"ndan pulların necə istifadə edildiyini ona göstərə bilən ukraynalıların qarşısına çıxardı. Amma Hasel Bruggerlə söhbət (Haseli sensasiyaya görə təbrik edirəm və ona qarşı heç nə yoxdur), təbii ki, daha rahat və siyasətdən uzaqdır. Səhv yoxdur?", deyə jurnalist qeyd edib.
Samir