Son zamanlarda "Asiya NATO"sunun yaradılacağı iddiaları yenidən gündəmə gəlib.
Üstəlik, bu iddialar əvvəlki illərdən fərqli olaraq daha üst səviyyələrdən səslənməyə başlanıb. Bəs belə bir ehtimal reallaşa bilərmi? Reallaşsa həmin ittifaqda hansı ölkələr təmsil olunacaq?
Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlama verib.
O bildirib ki, "Asiya NATO-su"nun qurulması həmin dövlətlərin ABŞ-nin çətiri altında birləşməyə qərar verdikdən sonra baş tuta bilər:
"NATO Hind-Sakit okean regionundakı tərəfdaşları - Avstraliya, Yaponiya, Koreya Respublikası və Yeni Zelandiya ilə dialoqu və əməkdaşlığı gücləndirir. Bugünkü mürəkkəb təhlükəsizlik mühitində həmfikir tərəfdaşlarla əlaqələr kəsişən təhlükəsizlik məsələlərini və qlobal çağırışları həll etmək üçün getdikcə daha vacibdir. Bu ideya NATO-nun siyasi xəttinin özündə ehtiva edir.
Çinin iqtisadi cəhətdən güclü olması və ABŞ ilə rəqabəti məhz "Asiya NATO-su" birliyi ideyasını ortaya çıxarıb. Millətlər ümumi təhlükəni, çox güman ki, Çinin Cənubi Çin dənizində, Tayvan boğazında və digər strateji ərazilərdə artan iddialılığını dərk etmək üçün uyğunlaşmalıdırlar".
Onun fikrincə, üzv dövlətlər NATO üzvlərinin etdiyi kimi, hərbi qarşılıqlı fəaliyyət, kəşfiyyat məlumatlarının mübadiləsi və birgə təlimlər barədə razılığa gəlməlidirlər:
"NATO-nun 5-ci Maddəsinə (kollektiv müdafiə) oxşar formal müqavilə yaradılmalı və üzvləri hücum zamanı bir-birlərini müdafiə etmələri məcburiyyətində qalmalıdır. Bildiyimiz kimi, ABŞ Çinə qarşı tarazlıq kimi təşəbbüsə rəhbərlik edir. Yaponiya ABŞ-nin güclü hərbi imkanları və Senkaku adaları yaxınlığında Çinin fəaliyyəti ilə bağlı artan narahatlığı olan əsas müttəfiqidir.
Cənubi Koreya Şimali Koreyaya diqqət yetirməklə yanaşı, regional sabitliklə bağlı narahatlıqlarını da bölüşür. Bu təhlillərdən ortaq nəticə çıxarsaq, "Asiya NATO-su"nun yaranması böyük resurs tələb edir. Ancaq buna baxmayaraq adlarını çəkdiyimiz bu dövlətlərin gələcək də siyasi addımlar atması geosiyasi vəziyyətdən aslı olacaq".
Pərviz