2023-cü ilin oktyabrından bəri Livanda 240-dan çox tibb işçisi öldürülüb

DÜNYA
13:27 / 02.12.2024
95

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin hesabatına əsasən, İsrail ilə Livan "Hizbullah" hərəkatı arasında 2023-cü ilin oktyabrında başlayan döyüşlərin startından bəri ən azı 241 tibb işçisi ölüb.

HİT.az xəbər verir ki, məlumata görə, bu müddət ərzində səhiyyə müəssisələrinə ümumilikdə 158 hücum qeydə alınıb, nəticədə 292 tibb işçisi peşə vəzifələrini yerinə yetirərkən xəsarət alıb. 

Tibbi nəqliyyata da 103 hücum olub. Hesabatda qeyd olunur ki, ötən ilin oktyabr ayından Livanda 76 ilkin tibbi yardım mərkəzi və dispanser bağlanıb. Yeddi xəstəxananın da işi dayandırılıb, daha yeddisi qismən işləyir.

İsrail və "Hizbullah" arasında ötən ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs olan bu razılaşma noyabrın 27-də qüvvəyə minib. Sənəddə "Hizbullah"ın 60 gün ərzində cənub sərhədi boyu əraziləri tərk etməsi nəzərdə tutulur - Livan ordu birləşmələri oraya yerləşdiriləcək. Eyni zamanda, İsrail ordusunu Cənubi Livandan çıxarmağı öhdəsinə götürür.

Samir

0