Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin qarşısını alan səbəb açıqlandı

DÜNYA
18:37 / 02.12.2024
112

Yaponiyanın baş naziri Şiqeru İşiba bildirib ki, Rusiya ilə sülh müqaviləsinin bağlanması kontekstində danışıqların predmeti Kuril adalarının cənubundakı dörd adanın mülkiyyət problemidir. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Müxalifətdə olan Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda baş nazirdən Rusiya Federasiyası ilə sülh müqaviləsinin bağlanması ilə bağlı mübahisələr kontekstində neçə adanın müzakirə edildiyini aydınlaşdırmağı xahiş edib.

"Rusiya ilə sülh müqaviləsi üzrə danışıqların mövzusu dörd adaya sahiblik problemidir. Bu, ölkəmizin mövqeyidir. Rusiyanın Ukraynaya hücumu səbəbindən Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin hökumət şimal ərazilərinin problemini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiq qalır", deyə İşiba bildirib.

Bundan əvvəl o, bəyan etmişdi ki, Tokio münasibətlərdəki çətinliklərə baxmayaraq, ərazi probleminin həllinə və Moskva ilə sülh müqaviləsi bağlamağa sadiqdir.

Moskva və Tokio II Dünya müharibəsindən sonra sülh razılaşması əldə etmək üçün danışıqlar aparıblar, lakin Kuril adalarının cənub hissəsi ilə bağlı məsələ sazişin imzalanmasına imkan verməyib. Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik adaların mülkiyyəti ilə mübahisə edir.

Samir

0