Norveçdə Rusiyaya casusluq etməkdə şübhəli bilinən beluqa balinası "Hvaldimir"lə ilk görüşdə onun üzərində naməlum kəmər tapılıb və onun davranışı məməlinin insanlar tərəfindən öyrədildiyi hissini yaradıb.
HİT.az xəbər verir ki, bu barədə Norveçin Rusiya Federasiyasındakı səfiri Robert Kvile RTVI-ya müsahibəsində danışıb.
"Gəlin bunu bir kənara qoyaq. Demək istədiyim odur ki, spekulyasiya bizi çox tez sui-qəsd nəzəriyyələrinə aparacaq. Bu, mənim məsuliyyətim çərçivəsində deyil", deyə diplomat bildirib.
Kvile əlavə edib ki, balina "rusca danışmayıb". Eyni zamanda, son günlər ağ balina boğazına taxta parçası ilişdiyi üçün yemək yeyə bilməyib.
"Hvaldimir" avqustun 31-də Norveç sahillərində tapılıb. Yerli qeyri-kommersiya heyvan rifahı təşkilatı "Marine Mind" yerli sakindən mesaj alıb. Hadisə yerinə gələn heyvan hüquqları müdafiəçiləri suda həyat əlaməti olmayan məməli tapıblar. Könüllülər hadisənin səbəbini müəyyən etmək üçün yarılma aparılacağına söz veriblər.
Oktyabrın 4-də Norveç polisi bildirib ki, "Hvaldimir"in ağzına yapışmış çubuq nəticəsində xəsarət alıb və sonradan infeksiyaya səbəb olub.
Samir