Almaniyanın "Helsing" şirkəti Ukraynaya göndəriləcək süni intellekt (AI) tərəfindən idarə olunan döyüş pilotsuz təyyarələrinin kütləvi istehsalına başlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" yazıb.
Qeyd olunur ki, 2025-ci ilin əvvəlindən Münhen şirkəti ayda 1000 dron istehsal etməyi planlaşdırır. HX-2 tipli süni intellektlə təchiz ediləcək ki, bu da onlara elektron tıxanma sistemlərindən yan keçməyə imkan verməlidir.
Əvvəllər bildirilirdi ki, Rusiya rəhbərlik sistemi süni intellektlə (AI) təchiz edilmiş “Molniya” tipli pilotsuz uçan aparatı hazırlaya bilib - dron müstəqil şəkildə düşməni tapmağa qadirdir. Hazırda yeni pilotsuz təyyarə döyüş şəraitində sınaqdan keçirilir. Xüsusilə, “Molniya” Krasnoqorovka kəndinin tutulması zamanı hücum qruplarına dəstək verib.
Samir