Tramp Trüdonu Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə hədələdi

DÜNYA
10:42 / 03.12.2024
93

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı sərhəddə qeyri-qanuni miqrasiya probleminin artması səbəbindən ölkənin ABŞ-ın "51-ci ştatı" ola biləcəyi ilə hədələyib. 

HİT.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, Tramp Mar-a-Laqo malikanəsində Trudeau ilə söhbətində bildirib ki, vəzifəyə gəldikdən dərhal sonra malların idxalına 25% rüsum tətbiq etmək niyyətindədir. Trampın sözlərinə görə, bu ssenari Kanadanın ölkə sərhədindən ABŞ-a qeyri-qanuni mühacir axınının məhdudlaşdırılmasında ABŞ-a yardım etmədiyi təqdirdə mümkündür.

Trüdonun Kanada mallarına idxal rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasının ölkə iqtisadiyyatına son dərəcə mənfi təsir edəcəyi ilə bağlı arqumentinə cavab olaraq Tramp qeyd edib ki, bu ölkə ABŞ-ın 51-ci ştatı ola bilər.

Bundan əvvəl Trüdo iki ölkə sərhədində təhlükəsizliyi gücləndirəcəyinə söz vermişdi. O, Trampa bildirib ki, Kanada sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməyi, o cümlədən helikopter patrullarının sayını artırmağı planlaşdırır. Kanadanın ictimai təhlükəsizlik naziri vurğulayıb ki, ölkə əlavə pilotsuz uçuş aparatları, polis helikopterləri almaq və sərhəddə zabitlərin sayını artırmaq niyyətindədir.

Samir

0