Qəzzanın 130 mindən çox sakini fəlakətli aclıq yaşayır.
HİT.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bəyanatında deyilir.
"Təxminən 133 min insan və ya əhalinin 6%-i artıq ərzaq təhlükəsizliyinin fəlakətli səviyyəsini yaşayır. Bu o deməkdir ki, insanların demək olar qidası yoxdur və əsas ehtiyaclarını ödəyə bilmir. Yaxın aylarda bu rəqəmin təxminən üç dəfə artacağı gözlənilir", deyə FAO qeyd edib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS silahlıları sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, İsrail tərəfində 1,2 minə yaxın insan həlak olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb və Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə başlayandan bəri 44,4 mindən çox fələstinli həlak olub, 105,3 mindən çoxu isə yaralanıb.
Samir