Starmer Ukrayna-Rusiya sülh danışıqları ilə bağlı ümidverici bəyanat verdi

DÜNYA
18:23 / 03.12.2024
69

Böyük Britaniyanın baş naziri Kir Starmer sülh danışıqlarının Ukraynada müharibəyə son qoya biləcəyini etiraf edib və həmçinin ölkəni sülh danışıqları məqsədilə ən yaxşı mövqeyə aytarmaq üçün Ukraynaya dəstəyin artırılmasının vacibliyini bəyan edib.

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, Starmer Rusiyanın Ukraynadakı qələbəsinin Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını təhlükə altına atacağı, xüsusən də Rusiyanın müttəfiqlərini cəsarətləndirə biləcəyi barədə xəbərdarlıq edib.

"Biz Ukraynanı dəstəkləməyə davam etməli və nə qədər lazımdırsa, onun özünümüdafiəsi üçün nə lazımdırsa etməliyik. Ukraynanı mümkün olan ən güclü danışıqlar mövqeyinə çıxarmaq lazımdır ki, onlar öz şərtləri əsasında ədalətli və davamlı sülhü təmin edə bilsinlər", deyə Starmer bildirib.

Britaniya hökumətinin nümayəndəsi "Reuters"ə şərh edərkən bildirib ki, bu, Starmerin Rusiya ilə müharibənin danışıqlar yolu ilə başa çatması ilə bağlı ən aydın bəyanatı dır. Starmer əvvəlki şərhlərində bildirib ki, Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tərk etdikdən sonra müharibə bitməlidir.

Samir

0