Çin Trampın təhdidlərinə baxmayaraq, BRİCS ilə əməkdaşlığı gücləndirəcək

DÜNYA
19:33 / 03.12.2024
69

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin qlobal iqtisadiyyatın sabitliyi üçün BRICS tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək. 

HİT.az xəbər verir ki, o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın BRİKS ölkələri üçün 100% tariflər tətbiq etmək planlarına belə reaksiya verib.

Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, BRICS “açıqlıq, inklüzivlik və qarşılıqlı faydalı əməkdaşlıq” tərəfdarıdır. Lin əmin edib ki, bu assosiasiya “bloklarla qarşıdurmada iştirak etmir” və başqa ölkələrə qarşı yönəlməyib.

"Çin qlobal iqtisadiyyatın dayanıqlı və sabit artımına daha da böyük töhfə vermək üçün müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirmək üçün BRICS tərəfdaşları ilə işləməyə davam etməyə hazır olduğunu bildirir", deyə sözçüsü brifinqdə bildirib.

Ötən həftə cənab Tramp BRİCS ölkələrindən dollara alternativ yaratmayacaqlarına dair öhdəliklər tələb edib. Əks halda, o, onların ABŞ-la ticarət imkanlarını məhdudlaşdıracağına söz verib.

BRİCS-ə Rusiya, Braziliya, Misir, Hindistan, İran, Çin, BƏƏ, Səudiyyə Ərəbistanı, Efiopiya və Cənubi Afrika daxildir. 

Samir

0