Rumıniyada keçirilən seçkilərdə Rusiyapərəst müstəqil namizəd Kalin Qeorqeskunun qələbəsi NATO-nu dalana dirəyə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Qeorqesku alyansa şübhə ilə yanaşır. Rumıniya NATO ölkəsi kimi Avropanın ən böyük hava bazalarından birinə malikdir. Orada həm Rumıniya, həm də Amerika qoşunları, həmçinin Amerikanın "Aegis Ashore" raketdən müdafiə sistemi yerləşir.
Bundan əvvəl Qeorqesku ölkəsinin Şərq və Qərblə əlaqələr qurmalı olduğunu bildirmişdi.
Onun sözlərinə görə, danışıqlar aparmaq üçün "bərabər şərtlərdə danışmağı bacarmaq" lazımdır və Rumıniyanın siyasi elitası buna qadir deyil.
Noyabrın 24-də Qeorqesku Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib. Rumıniya mediası onu Rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb.
Samir