Şimali Atlantika Alyansı Baltik və Aralıq dənizlərində yerləşdiriləcək dəniz dronlarından ibarət donanma yaratmağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Transformasiya üzrə Ali Komandanı admiral Pyer Vandier "Defence News"a bildirib.
“Əslində bu, artıq mövcuddur, ona görə də çox riskli deyil. ABŞ uzun illərdir ki, "Task Force 59"un Fars körfəzində mövcudluğunu saxlayır, ona görə də hər şey məlumdur, bu, texnologiyadan daha çox uyğunlaşma məsələsidir”, deyə admiral bildirib.
Vanier əlavə edib ki, hazırda donanmanın adı hələ düşünülməyib. Onun sözlərinə görə, hazırda NATO-ya üzv ölkələr bu təşəbbüsü müzakirə edir, bundan sonra müttəfiqləri ilə birlikdə planın həyata keçirilməsi üçün ən uyğun yol tapmağa başlayacaqlar.
Noyabr ayında Finlandiya öz hava bazasına NATO pilotsuz təyyarələrini yerləşdirməyi təklif edib. NATO-nun pilotsuz təyyarələri İtaliyada yerləşirib. Ehtimal olunur ki, Finlandiyanın Pirkkala aviabazası bölmənin dron bazası üçün ehtimal olunan yer ola bilər.
Samir